18 may 2021 15:59
848

"Yuventus"un yeni forması - FOTO

"Yuventus" yeni mövsümdə ev oyunlarında geyinəcəyi formanı ictimaiyyətə təqdim edib.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, yeni forma ənənəvi olaraq ağ və qara rənglərdən ibarətdir. Formada şaquli zolaqlar yer alıb.

Formanın təqdimetmə mərasimində Turin təmsilçisindən ayrılacağı xəbərləri yayılan Kriştiano Ronaldo və Paulo Dibala da iştirak edib.