23 iyun 2021 12:45
936

Mərdəkan yolunda yanğın, sürət həddi endirildi 

Mərdəkan şossesi Mərdəkan qəsəbəsi istiqamətində yol kənarında yanğın baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O qeyd edib ki, yaranan tüstü səbəbindən yolda görüntü məhdudlaşıb: “Hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Bunu nəzərə alaraq Qala döngəsi Mərdəkan hissəsində sürətlər bütün zolaqlar üzrə 60 km/saata endirilib”.