24 iyun 2021 08:59
523

Bakıda 15 yaşlı gənc ikin düşüb FOTO

Bakıda 2006-cı il təvəllüdlü İsa Alışov itkin düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə “Report”a onun yaxınları məlumat veriblər.

Gəncin yaxınları bildiriblər ki, İ.Alışov iyunun 20-də qohumu ilə birlikdə evdən çıxıb və bir daha geri qayıtmayıb. Gəncin yaxınları hadisə ilə bağlı Nizami Rayon Polis Şöbəsinin 24-cü Polis Bölməsinə məlumat veriblər.

Onu görənlərdən yaxud İsa Alışov barədə məlumatı olanlardan 050 340 42 03 əlaqə nömrəsinə zəng vurmaları xahiş olunur.