“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə verilib.
“İki sahil” xəbər verir ki, YAP İdarə Heyətinin bu gün keçirilən iclasında V.Rəhimzadə partiyanın Xətai rayon təşkilatının sədri vəzifəsinə təyin edilib.
V.Rəhimzadə bu vəzifədə Hüseynbala Mirələmovu əvəz edib.
Qeyd edək ki, İdarə Heyətinin iclasında partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarına yeni sədrlər təyin edilib.
Rusiya media resursunda Azərbaycan-Türkiyə strateji müttəfiqliyini hədəf alan dezinformasiya yayılıb
Sahibə Qafarova Saqr Qobaş ilə Azərbaycan-BƏƏ parlamentlərarası əməkdaşlığı müzakirə ediblər