14 sentyabr 2021 16:26
1425

Sağlam qidalanmağı həyat tərzinə çevirin

Bununla da  artıq çəkidən azad olmaq və ideal çəkinizi ömür boyu qorumaq üçün pəhriz saxlamağınıza ehtiyac qalmayacaq.

Sadəcə nizamlı və kifayət qədər qidalanaraq, özünüzə uyğun yeni bir qidalanma proqramı tərtib edərək, ömür boyu ideal çəkinizi qoruyub saxlamağınız mümkündür. Üstəlik, ac qalmadan və heç bir qida məhdudlaşdırması olmadan. Artıq çəkidən azad olmaq üçün sadəcə bir neçə qaydalara riayət etməniz məsləhətdir.

Məsələn, çox tez arıqlamağa çalışıb, yorucu iş günlərindən sonra saatlarla məşq etməkdənsə, həftələrlə şübhəli və mübahisəli pəhriz saxlamaqla çox gəzməyə və az yeməyə çalışsanız tədricən, amma daha real nəticə əldə edə bilərsiniz. Axşamlar olmaq şərtilə yüngül meyvə, tərəvəzlə kifayətlənmək sizə məqsədinizə çatmaqda kömək edə bilər. Axşam saat səkkizdən sonra  yemək, isə ümumiyyətlə, məsləhət deyil.

Mətbəxinizdən kolbasa, tort, cips kimi qidaları və «rəngli» suları çalışın birdəfəlik uzaqlaşdırın.

Acdığınız zaman qarşınıza çıxan, ya da ağılınıza gələn hər şeyi yeməyin. Ekoloji cəhətdən təmiz və kalorili yeməklərə üstünlük verin. Doyana qədər yeməyin. Bu, qızıl qaydaların biridir, bəlkə də birincisidir. Hər gün şorba içməyə adət edin, bunu həyat tərzinə çevirin. Soğan, keşniş və şüyüd qatılan şorba həm yaxşı bir qidadır, həm həzm prosesini yaxşılaşdırmağa, həm də bədəndən artıq maddələri çıxarmağa kömək edir.

Qızıl qaydalarından biri də spirtli içkilərdən uzaq olmaqdır.  Spirtli içki içəndə insan normadan iki, üç dəfə çox yeyir .

Qoz-fındığı gündəlik menyunuzdan əskik etməyin.Bu çərəzlərdə olan   vitaminlər həm mədə-bağırsaq sisteminə, ümumiyyətlə, orqanizmə xeyirdir, eyni zamanda, kalorili olduğundan iştahanı küsdürür və sizi axşam çox yemək problemindən azad edir. ABŞ alimlərinin apardığı   tədqiqatlar nəticəsində məlum olub ki,  qoz, fındıq ləpəsi, hətta günəbaxan tumu insanı bəd xassəli şişlərdən qoruyur.  Alimlərin dediklərinə görə, bu çərəzlərlə qidalanan insanlar xərçəng xəstəliyinə ümumi normadan 2-3 dəfə az tutulurlar.

 Unutmayın səhər evdən ac çıxmayın. Mütləq səhər yeməyinizi vaxtında yeyin, çünkü bu, həm sağlamlığıza xeyirlidir, həm də sizi gün ərzində tox saxlayır.

Artıq çəkidən xilas olmaq üçün həftədə bir dəfə detoks günləri edin. İllərin təcrübəsi göstərir ki, bu qayda ilə siz sağlamlığınıza heç bir ziyan vurmadan, bir ayda on kiloya qədər artıq çəkidən azad ola bilərsiniz.

Samirə Tağıyeva, "İki sahil"