17 sentyabr 2021 22:19
892

Sərnişinlər hansı nəqliyyat növünə üstünlük verirlər?

2021-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda avtomobil nəqliyyatı sahəsində sərnişinlərin 91,3 faizi avtobus, 8,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

“İki sahil” xəbər verir ki,  ümumilikdə nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə qeyd olunan müddət ərzində 71,1 milyon ton yük, 713,6 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1 faiz və 8,2 faiz azalma qeydə alınıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı isə 55,6 faiz azalaraq 28,7 milyon nəfər olub.