19 sentyabr 2021 01:05
1109

Özbəkistanda keçirilən II Beynəlxalq Baxşı Festivalında Azərbaycan da təmsil olunur

Özbəkistanın Qaraqalpaq Respublikasının mərkəzi Nukus şəhərində II Beynəlxalq Baxşı Festivalının açılış mərasimi keçirilib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, UNESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı festivalda dünyanın müxtəlif ölkələrindən gələn baxşı, ozan, aşıq və akınlar, həmçinin folklorşünas alimlər, müxtəlif xalqların folklor qrupları iştirak edirlər. Ümumiyyətlə, festivala 260-dan çox sənət adamı qatılıb.

Festivalda ölkəmizi Azərbaycan Milli Konservatoriyasının müəllimi saz ustası Mübariz Əliyev təmsil edir.

Tədbirin açılış mərasimində Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov Prezident Şavkat Mirziyoyevin festival iştirakçılarına təbrikini oxuyub.

Xatırladaq ki, birinci festival 2019-cu ildə Qaşqadərya vilayətinin Termez şəhərində keçirilib.

Mübariz Əliyev bildirib ki, o, festivalda aşıq mahnıları və “Aşıq Qərib” dastanından hissələr ifa edəcək.