19 sentyabr 2021 02:17
581

Bundesliqa: "Bavariya" 7 cavabsız top vurub

Münhenin "Bavariya" klubu Almaniya çempionatının 5-ci turunda "Bohum"u 7:0 hesabı ilə darmadağın edib.

Qolları Leroy Sane, Yozua Kimmix (dubl), Serj Qnabri, Erik-Maksim Şupo-Motinq və Robert Levandovski vurublar.

5 turdan sonra "Bavariya" 13 xalla turnir cədvəlinə başçılıq edir. Münhen klubu 5 matçda 20 qol vuraraq cəmi 4 qol buraxıb.

"Bohum" isə üç xalla 17-ci yerdədir.

Növbəti matçda "Bavariya" "Qroyter Fyurt"la qarşılaşacaq. "Bohum" isə "Ştutqart"la üz-üzə gələcək.

"Report"