25 sentyabr 2021 09:16
464

“V mövsüm” sərgisinin bağlanış mərasimi keçirilib

“ABAD” publik hüquqi şəxsin qurumun yaradılmasının beşinci ildönümünə həsr olunmuş “V mövsüm” sərgisinin bağlanış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “ABAD” PHŞ-nin direktoru Rüfət Elçiyev, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən xəbərə görə, tədbirdə “ABAD”çılara sertifikalar təqdim olunub. Sonra qonaqlar sərgi ilə daha yaxından tanış olublar.

Sərgilənmiş eksponatlar “ABAD”ın beş illik fəaliyyətini, “Nizami Gəncəvi İli”ni, Qarabağa qayıdışı və Azərbaycana xas olan dekorativ-tətbiqi xalq sənətkarlığını özündə təcəssüm edir. Ekspozisiyalar “ABAD”çı və məşhur rəssamlar Mir Teymur Məmmədov, Gülnarə Mahmud, Esmira Rəhimli, Fərid Nəcəfov, Elmira Hacıyeva, İlham Səfərli, Natalya Zeynalova, Ruslan Hüseynov və Fuad Cəbrayılova aiddir.

Qeyd edək ki, “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.