25 sentyabr 2021 16:30
681

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlandı

Ötən gün ölkəmizdə aparılan 12 min 274 test nəticəsində məlum olub ki, 1 min 99 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 479 min 814-ə yüksəlib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 18 nəfərin həyatını itirməsi nəticəsində ölənlərin ümumi sayını 6 min 433 nəfər təşkil edib.

Daha 2 min 404 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 449 min 47-yə yüksəldib.