26 sentyabr 2021 22:26
399

Almaniyada müxalif partiyanın adı səslərin hesablanması protokoluna salınmayıb

Almaniyada Bundestaqa keçirilən seçkilərdə növbəti neqativ hal yaşanıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Göttinger Tageblatt” qəzeti seçki komissiyası nümayəndəsinə istinadən məlumat yayıb.

Belə ki, Göttingen şəhərində “Almaniya üçün Alternativ Partiya”sının adı səslərin hesablanması protokolunda aşkarlanmayıb.

Seçki komissiyasının nümayəndəsi bildirib ki, şəhərdəki 111 seçki məntəqəsinin hamısında mövcud sənədlər dəyişdiriləcək.

Qeyd edək ki, Almaniyanın paytaxtı Berlin şəhərindəki bir sıra seçki məntəqələrində bülleten çatışmazlığı yaranıb.