18 oktyabr 2021 18:13
632

Cəlilabadda Vətən müharibəsi şəhidləri anılıb FOTO

Cəlilabad  Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları, hüquq-mühafizə orqanları, din xadimləri, qazilər və digər ictimaiyyət nümayəndələri İkinci Qarabağ müharibəsində şəhid olan oğullar -  Abdullayev Tosif Vidadi oğlu, Cəfərov Ayxan Cəmaləddin oğlu, Quliyev Tərlan Bəxtiyar oğlu və İbrahimli Elməddin Zeynəddin oğlunun şəhadətlərinin ildönümünə həsr olunmuş mərasimlərdə iştirak ediblər. 

“İki sahil” xəbər verir ki, anım mərasimlərində şəhidlərin valideynlərinə dərin hüznlə başsağlığı verilib, əziz xatirələri ehtiramla yad edilib. 

Allah bütün şəhidlərimizə rəhmət etsin!