19 oktyabr 2021 18:44
420

Məşhur reper adını dəyişdi

Amerikalı milyarder reper Kanye Uest adını dəyişdirib.

"İki sahil" axşam.az-a istinadən xəbər verir ki, reper bu yaxınlarda bunun üçün məhkəməyə baş vurub. Məhkəmə Kanyenin müraciətinə müsbət cavab verib. Qərara əsasən, reperin adı soyadı olmadan "Ye" olaraq dəyişdirilib.

Qeyd edək ki, ifaçı 2018 -ci ildən tvitter hesabında adını bu şəkildə yazıb. O, həmin ildə çıxan albomuna da "Ye" adını verib. Müsahibələrində adının qısaltması olan "Ye"nin İncildə tez-tez işləndiyini açıqlayıb.