23 oktyabr 2021 08:30
1255

"Rik" Meksikanın Sakit okean sahillərində yaranıb

Meksikanın qərb sahillərində Sakit Okeanın üzərində "Rik" tropik fırtınası yaranıb.

“İki sahil” xəbər verir ki, bu barədə tviterdə ölkənin Milli Meteorologiya xidməti məlumat yayıb.

Bildirilib ki, qasırğanın mərkəzi Qerrero ştatında Akapulko şəhərindən 430 km cənub-qərbdədir. Atmosfer hadisəsi daxilində küləyin sürəti 18 m/s, küləyin sürəti 24 m/s-ə çatıb. Hazırkı proqnozlara görə, fırtınanın güclənəcəyini gözlənilir.

Onun Saffir-Simpson şkalası üzrə 1-ci kateqoriya qasırğası olaraq oktyabrın 25-də Meksikaya çatacağı gözlənilir.