24 oktyabr 2021 17:56
940

“Qəbələ”dən qələbə

Azərbaycan Premyer Liqasında 8-ci turunda "Keşlə" öz meydanında "Qəbələ" ilə qarşılaşıb.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 23-cü dəqiqəsində Ruan Renato “Qəbələ”ni hesabda önə çıxarıb. 30-cu dəqiqədə Asif Məmmədovun vurduğu qolla Qəbələ təmsilçiləri hesab arasındakı fərqi 2 topa çatdırıb.

Matçın 38-ci dəqiqəsində Aldair Neto hesab arasındakı fərqi azaldıb – 1-2.

Görüşün 59-cu dəqiqəsində İsnik Alimi hesab arasındakı fərqi yenidən 2 topa çatdırıb.

Qarşılaşmanın 90+7-ci dəqiqəsində Amil Yunanov “Keşlə”nin ikinci qolunu vurub. Matç bu hesabla da başa çatıb.

24 oktyabr (bazar)

8-ci tur

16:00. “Keşlə” 2–3 “Qəbələ”

Qol: Ruan Renato, 23 (0:1), Asif Məmmədov, 30 (0:2), Aldair Neto, 38 (1:2), İsnik Alimi, 59 (1:3)

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Eyyub İbrahimov, Kamal Umudlu

“ASK Arena”