25 noyabr 2021 16:44
875

Sabirabadda şəhidlərimizin ailələrləri ziyarət edilib - FOTO

YAP Sabirabad rayon təşkilatının rəhbərliyi könüllülərlə birlikdə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Hümbətov Şahin Əlicuvan oğlu və Zeynalov Nurlan Rafael oğlunun doğum günləri münasibəti ilə şəhidlərimizin ailələrlərini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, ziyarət zamanı şəhidlərimizin döyüş yolundan və göstərdikləri qəhramanlıqlardan danışılıb.

Daha sonra şəhidlərimizin məzarları ziyarət olunaraq, məzarları önünə gül-çiçək dəstələri düzülüb və ruhunlarına dualar oxunub.
Həmçinin şəhid ailələri diqqət və qayğıya görə ölkə rəhbəri, cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.