28 noyabr 2021 08:49
672

PKK-nın 182 terrorçusu təslim olub

Türkiyə təhlükəsizlik qüvvələri PKK-nın daha 2 terrorçusunu təslim edib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən o da bildirilib ki, bu il PKK-nın təslim olan terrorçularının sayı 182 nəfərə çatıb.

Xatırladaq ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə daxili sabitliyi pozmaq üçün terror aktları həyata keçiriblər. ABŞ, Avropa Birliyi, eləcə də digər ölkələr PKK-ı terrorçu təşkilat siyahısına salıb.