Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
Agentlikdən "İki sahil"ə verilən məlumata görə, noyabrın 22-dən 27-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, 36 tank əleyhinə mina və 14 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 50 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Qazaxıstanlı ekspert: Birgə hərbi təlimlər Türk dünyasını risklərə qarşı daha dayanıqlı edir
Müdafiə Nazirliyi və Hərbi Prokurorluq arasında birgə TƏDBİRLƏR PLANI İMZALANDI