29 noyabr 2021 17:56
687

"Qarabağ" "Qəbələ" ilə heç-heçə edib

Azərbaycan Premyer Liqasında XII tur başa çatıb.

“İki sahil” xəbər verir ki,  turun son günündə mərkəzi oyun olub.

Buna qədər ikinci pillədə qərarlaşan “Qəbələ” doğma arenasında lider “Qarabağ”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qolsuz bərabərlik qeydə alınıb. Bununla “Qarabağ” ən yaxın izləyicisi ilə 5 xallıq fərqi qoruyub. Ancaq bu, bir gün əvvəl qələbə qazanan “Zirə”nin bölgə təmsilçisi ilə xalları bərabərləşdirməsinə səbəb olub.

Turun əvvəlki oyunlarında “Neftçi” “Səbail”i, “Sabah” “Keşlə”ni eyni - 2:1, “Zirə” “Sumqayıt”ı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, Premyer Liqada XIII turun oyunları dekabrın 4-5-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XII tur
29 noyabr
16:00. “Qəbələ” – “Qarabağ” - 0:0
Baş hakim: Kamranbəy Rəhimov