30 noyabr 2021 00:13
1613

Bəzək-düzək əşyaları ilə bağlı çox maraqlı faktlar

İnsanlar həmişə bəzənməyi seviblər. Elm adamları uzaq əcdadlarımız haqqında məlumat əldə etdikcə, onların sənətə və bədən bəzəyinə daim maraq göstərdikləri görünür. Sadəcə maraq üçün bəzək-düzək əşyaları haqqında bəzi maraqlı faktları aşağıda təqdim edirik:

Təxminən 5000 il əvvəl Qədim Misirdə insanların tez-tez toxunmuş qamışdan və ya dəridən hazırlanmış "sevgi üzükləri"ni mübadilə etdikləri barədə məlumatlar var. Deyilənə görə, misirlilər üzüyü, dairəni qüdrətli bir simvol kimi görürdülər. Misirlilər üzüyə, dairəyə müqəddəs bir simvol kimi yanaşırdılar.

İlk bəzək-düzək əşyaları Homo Sapiensin əcdadı Kro-maqnonlar tərəfindən istifadə edilmişdi. Onların bəzək əşyaları sümükdən, dişdən və daşdan hazırlanaraq heyvan vətəri ilə  birləşdirilirdi.

İndiyədək tapılmış ən qədim zərgərlik məmulatının 100 min yaşı var. O, Nassarius qabıqlarından hazırlanmışdı.

Bir çox mədəniyyətlərdə zinət əşyalarının pisliyi dəf etdiyinə inanılır.

Tarix boyu canlı həşəratlardan zinət əşyaları kimi istifadə məşhur olmuşdur. Misirlilər döyüşə skarab böcəyi taxaraq getməklə bunu dəb halına gətirdilər. Meksika Maqueç Böcəyi və nəhəng Madaqaskar  tarakanından da zərgərlikdə istifadə edilmişdir. Britaniyada viktoriyalılar çox vaxt paltarlarına kiçik, incə qızıl zəncirlərlə nəhəng, canlı böcəkləri asırdılar.

24 karat qızıl 99,9% safdır və əksər ABŞ və Avropa zərgərləri onun zərgərlik üçün çox yumşaq olduğunu düşünürlər. Lakin Asiya, Yaxın Şərq və Afrikada 24 karat qızıl normadır.

Yer kürəsində qızıl ehtiyatlarının 80 %-i hələ hasil edilməyib.

Revmatoid artrit xəstəliyinin müalicə metodlarından biri qızılın inyeksiya şəklində bədənə yeridilməsidir.

Murano adasındakı Venesiya şüşə ustaları kristal şüşə, emal olunmuş şüşə, qızıl saplar daxil edilmiş şüşə və heyrətamiz şüşə muncuqlar hazırlamaq üçün daha yaradıcı və inqilabi üsullar hazırladılar. Venesiya şüşə boyunbağıları hələ 1200-cü illərdə dəbdə idi və bu gün də hazırlanır.

Almaz ilk dəfə Hindistanda hasil edilib.

İlk dəfə sintetik almaz isə 1950-ci illərdə əldə edilib.

Üzvi daş olan kəhrəba daşlaşmış ağac qatranından hazırlanır. Kəhrəba kimi təsnif etmək üçün onun ən azı bir milyon il yaşı olmalıdır, lakin ətrafda çoxlu kompozit və saxta qatran alternativləri var.

Kəhrəbanın 120 milyon yaşı ola bilər.

Ametist kvarsın sadəcə bir versiyasıdır, onun gözəl bənövşəyi rəngi onu zərgərlik üçün məşhur qiymətli daş halına gətirir. Onun gül kvars, dumanlı kvars və sitrin növləri çox məşhurdur.

Zümrüd ilk dəfə eramızdan əvvəl 3500-cü ildə misirlilər tərəfindən tapılıb.

Jade bəzən “cənnət daşı” adlanır.

İri, mükəmməl və keyfiyyətli yaqut daşı oxşar ölçülü almazdan daha dəyərlidir.

Hind dilində (Sanskrit) yaqut “isratnaraj” kimi tərcümə olunur, bu isə

“qiymətli daşların şahı" mənasını verir.

Fantastik sapfirlər müxtəlif rənglərdə mövcuddur. Sapfirin ən məşhur forması mavidir.

Füruzə daşına dünyada yalnız bir neçə yerdə rast gəlinir, ən çox olduğu bölgə ABŞ-ın cənub-qərbidir.

Üzvi qiymətli daş nədir? Üzvi dedikdə, təbii geoloji proseslərlə deyil, canlı orqanizmlər tərəfindən yaradılmış mirvari, mərcan və s. nəzərdə tutulur.
Ən qədim mirvari zərgərlik əşyası fars şahzadəsinin tabutunun içərisində tapılıb.

Bəzi Asiya xalqları qarın-mədə ağrıları zamanı üyüdülmüş mirvaridən dərman kimi istifadə edirlər.

Tarix boyu zərgərlik statusla bağlı olub. Məsələn, qədim Romada yalnız bəzi yüksək vəzifəli şəxslərə üzük taxmağa icazə verilirdi.

19-cu əsrdə və 20-ci əsrin ortalarına qədər Qərbdə sırğa taxan kişilərə pis baxırdılar. Hazırda bu, tamamilə məqbuldur.

Bəzi Afrika mədəniyyətlərində isə əksinə nəhəng sırğalar kişiliyin, şücaətin, gücün və statusun əlaməti hesab edilirdi.

Kişilər üçün nişan üzükləri ideyası 20-ci əsrdə formalaşdı.Bununla zərgərlik bazarı iki dəfə böyüdü və gəlirləri artdı.

İslamda kişilərin qızıl zinət əşyaları taxması sosial tabudur.

Rusiyada mamont dişindən hazırlanmış qədim oyma bilərziklər tapılıb.

Nubar Süleymanova, “İki sahil”