30 noyabr 2021 00:48
888

İş adamından həyat yoldaşına unikal hədiyyə - FOTO

Madhya Pradeş ştatından olan hindistanlı bir iş adamı həyat yoldaşı üçün Tac Mahalın kişik nüsxəsini inşa etdirib.

“İki sahil” xəbər verir ki, 52 yaşlı Anand Prakaş Çuksi bildirib ki, o bu tikilini həyat yoldaşı, yaşadığı şəhər onun sakinlərinə hədiyyə edib.

Biznesmenin sözlərinə görə, əfsanəvi məqbərə-məscidin kişik nüsxəsinin tikintisi ona 20 milyon rupiyə - təxminən 260 min dollara başa gəlib. Burada dörd yataq otağı, kitabxana və meditasiya otağı var.