KÖŞƏ

Vəli İlyasov

Həsənli kişilərin "boy frend" olduqları ölkədə nə işlə məşğuldur?...

01 dekabr 2021 02:58
1054

Artıq bir qayda olaraq xain, satqın sözünü eşidəndə dərhal yada Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli və daha bir neçə ünsür düşür. Sonuncu gec gəlib ac gələnlərdəndir ki, çoxlu pul qazanmaq üçün özünü daha çox oda-közə vurur. Bu ölkədən vurub o ölkədən çıxır, hər yerdə də bədxahlarımıza xoş gəlsin deyə Azərbaycanda guya demokratiyanın pozulması, insan   hüquq və azadlıqlarının pozulması barədə cəfəngiyyatlar uydurur. Pula hərislik bu adamın gözünü elə tutub ki,  müqəddəs sayılan hər şeyi satmağa hazırdır. Bir çox faktlar var ki, onlar fikirlərimizdə düzgün olduğumuzu sübut edir. Faktlar açıq göstərir ki, saxtakatlıq Cəmil Həsənlinin köhnə peşəsidir.

Yadınızdadırsa, prezident seçkiləri ərəfəsində  keçirilən teledebatda Əli Əhmədov Cəmil Həsənlini bircə sənədlə ifşa etmişdi. Saxta pensiya aldığına görə. Üstəlik, deyilənlərə görə, Cəmil Həsənli seçkidən sonra da qapı-qapı gəzərək hamıdan xahiş edirmiş ki, həmin pensiyaya dəyməsinlər. Amma saxtakarın xahişi qəbul edilməyib.

2005-ci ildə Əli Kərimlinin sədr olduğu AXCP qərar vermişdi ki, parlamenti boykot edirik və seçkidə sıralarımızdan qalib gələnlər ya təşkilatımızı seçsinlər ya da Milli Məclisi. Cəmil Həsənli həmin vaxt heç tərəddüd etmədən  Kərimliyə əl yelləyib partiyadan çıxdı. Daha doğrusu qovuldu. Hətta yaxın çevrələrdə də deyirmiş ki, AXCP-nin quru divarları nəyimə lazımdı, gedib normal maaşımı alaram, başıma çarə qılaram. Əlqərəz, özünü daim ideya adamı kimi təqdim edən bu saxtakar onda da puldan imtina etməmişdir.

Nəhayət. Cəmil Həsənli Milli Məclisin deputatı olduğu vaxtlarda dövlətdən saray kimi bir mənzil alıb. Özü də hədiyyə! Həmin mənzil Vergilər Nazirliyinin keçmiş binasının arxasında yerləşir və mənzil o qədər böyükdür ki, 3 otağı obyekt kimi icarəyə verilib. Bunlardan sonra Həsənli özünü ucuz reklam edərək hər yerdə səsini ucaldır ki, bu dövlətin heç nəyi mənə lazım deyil, Əməkdar müəllim adından imtina edirəm. Çox maraqlıdır ki, Cəmil Həsənli həmin evdən niyə imtina etmir? Daha dəqiqi: adam belə cəsarətlidirsə, şeytanın siyasətdəki prototipi həqiqətən də həyatda belə prinsipialdırsa əvvəlcə elə məhz həmin evdən imtina etməli idi.  Etdimi?  Xeyr. Edərmi? Qətiyyən etməz. Bu siyasi fırıldaqçı pul, əmlak, obyekt, maddiyyat olan yerdə heç zaman heç nədən imtina eləməz! . Üstəlik, adamın başı xarici kəşfiyyatlara satılmağa, London küçələrində kefcillik eləməyə o qədər qarışıb ki, bəlkə hətta özünün Əməkdar müəllim olduğunu belə unudub, təsadüfən vəsiqə-filan qarşısına çıxıb, xatırlayıb və bu minvalla da yenə publikaya işləməyə, özündən yalançı qəhrəman obrazı düzəltməyə qərar verib. Guya dövlətin verdiyi fəxri addan imtina edib. Bir sözlə, kimlərəsə blef gəlmək istəyir.

Millilikdən tamamilə uzaq düşmüş “Milli Şura” sədri Cəmil Həsənli ilə bağlı ən son xəbər isə onun son vaxtlar  Şotlandiyaya sıx səfərlər etməsi, bunun biznes məqsədli olması, daha konkret desək, orada şüşə zavodu açması ilə əlaqədardır.  Həmişə Azərbaycanda utanmazcasına aclıqdan, kasıblıqdan danışan Cəmil Həsənlinin belə böyük biznes fəaliyyəti, xərclədiyi külli miqdarda pullar onun gözünün içinə qədər yalan danışmasının sübutudur. Bəyəm kasıb bir şəxs xarici ölkədə yüz minlərlə, milyonlarla pul xərcləyib  zavod aça bilər? Həsənlini  okeanın o tayına bircə səfəri bir ailənin bir illik dolanışıq xərcidir. Amma bütün hallarda qarışacağımız məsələ deyil. Əgər şotlandlarla işbirliyi “yapırsa”, deməli, onlarla “sıcaq” münasibətləri var.  “Milli Şura” sədri tez-tez Şotlandiyaya səfər etməkdə aydındır ki, onu oraya biznes məhəbbəti bağlayır. Heç çübhəsiz ki, bizdən fərqli olaraq kişilərin qısa yubka geyinməsini, kişilərin biri-biri ilə evlənməsini və digər eldən dışarı işlər görmələrini də Cəmil Həsənli bilməmiş deyil. Orada ərə getmək istəyən kişilər özlərinə "frend boy" seçirlər, yəni oğlan sevgilisi. Bu, təbii ki, bizə gülməli gəlir, əcaib hesab edirik. Maraqlıdır, görəsən Həsənli orada qazandığı pullarla bərabər onların bu cür adət-ənənələrini də qəbul edirmi? Bu, onun öz seçimidir, qəbul edə də bilər, etməyə də.

Ancaq pul xatirinə  Bakıdakı bir ovuc feministi tovlayıb küçələrə çıxarmaları radikal müxalifət başçılarından  hər şeyi gözləməyin mümkünlüyünə inandırır...