"Səs Azərbaycan" beynəlxalq vokal müsabiqəsinin finalçılarının adları məlum olub.
“İki sahil” xəbər verir ki, dörd ustad- Xalq artistləri Brilliant Dadaşova, Tünzalə Ağayeva, Avroviziya qalibi Eldar Qasımov və Murad Arif final gecəsi birincilik uğrunda mübarizə aparacaq iştirakçıları seçib.
B. Dadaşova Emil Tağıyev, T. Ağayeva Hidayət Əliyev, E. Qasımov Nadir Rüstəmli, M.Arif isə Leyla İzzətova ilə qaliblik üçün yarışacaq.
Seçim növbəti həftələrdə İctimai TV-nin efirində təqdim olunacaq.
Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə” - VİDEO