20 yanvar 2022 23:59
731

"Sabah" ikinci yoxlama oyununu keçirib

Antalyada təlim-məşq toplanışında olan Bakının "Sabah" klubu növbəti yoxlama oyununa çıxıb.

“İki sahil” xəbər verir ki,  təmsilçimizin rəqibi Ukraynanın "Zarya" komandası olub.
Oyundan əvvəl 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Sabah" görüşə qara sarğı ilə çıxıb.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Sabah"ın heyətində Kamran Quliyev fərqlənib.
Qeyd edək ki, "Sabah" ilk yoxlama matçında da Macarıstan "Pakş"ı ilə eyni hesablı heç-heçə edib.