Tovuzda üzərinə qaynar su tökülən körpənin vəziyyəti ağırdır
“İki sahil” xəbər verir ki, hadisə rayonun Dönükqırıqlı kəndində qeydə alınıb.
2021-ci il təvəllüdlü Mehdiyev Adəm Ruhin oğlu 3 dərəcəli ağır yanıq xəsarəti ilə Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Körpəyə lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan Bakıda şəhər 5 saylı xəstəxanasına aparılır.