24 yanvar 2022 23:29
550

Zavod partlayıb, ölən və yaralanan var

Serbiyanın qərbindəki Sremska-Mitrovitse şəhərində kimyəvi gübrə zavodunda partlayış baş verib.

“İki sahil” xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub. Daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onun həyatına təhlükə olmadığı deyilir. Partlayış zamanı kimyəvi maddələrin sızmasının baş vermədiyi bildirilib.

Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.