28 yanvar 2022 23:07
945

Müğənni “Omikron”a yoluxdu

Rusiyalı müğənni Lolita Milyavskaya koronavirusa yoluxub. 

“İki sahil” xəbər verir ki, o, bu barədə instaqram hekayəsində məlumat yayıb.  

58 yaşlı sənətçi "Omikron" ştammı ilə mübarizə apardığını söyləyib: "Mənə peyvənd vurulmağı yaxşı oldu, ona görə də yüngül formada keçirirəm".

Milyavskaya əlavə edib ki, onun simptomlarına öskürək və boğuq səs daxildir. Həmçinin, sənətçinin xəstəliyi səbəbindən Müasir Teatrda planlaşdırılan "Evlənmə" tamaşası ləğv edilib. Burada əsas rolu Lolita oynayır.