Tarix xoş, əlamətdar günlərlə doludur, zəngindir. İnsan belə günləri, tarixləri yada salanda fərəhlənir, sevinir, xoş duyğular keçirir. Milli, dini bayramlar, dünya demokratik dəyərlərini, bəşəriyyətin texniki nailiyyətlərini irəli aparan hadisələr, məsələn, belə hadisələrdəndir. Lakin təəssüf ki, tarixdə insanlığın üz qarasına çevrilən, dönüb yada salanda insanlığa şərəf gətirməyən tarixlərin olduğunu da görürsən. Və yenə də təəssüf ki, tarixdə belə hadisələri tarixə çevirən, insanlığa qarşı faciələr törədən, bəşər tarixində ancaq bəd əməlləri ilə yadda qalan məxluqlardan ibarət tayfalar da vardır. Təəssüf ki, belə tayfalardan biri də bizimlə qonşudur. Müasir günümüzdə erməni adlanan bu tayfa bu vaxta qədər bəşər tarixində həmişə daha çox bəd əməlləri ilə yadda qalsa da, XX əsrin sonlarında daha bir faciəyə, insanlığın üz qarasına çevrilən tarixə- 26 fevral 1992-ci il Xocalı faciəsinə də imza atdı və bu gün bu tarixdən nə az-nə çox düz 30 il keçir...
Faciənin miqyası olduqca böyükdür. Faciə nəticəsində Xocalı şəhərinin 2500 nəfərdən artıq əhalisi öz yerindən-yurdundan didərgin düşmüş, qırğın nəticəsində ümumiyyətlə, 613 nəfər həlak olmuşdur ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qocadır. Faciə nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirmişdir. Xocalı faciəsi günü bütövlükdə 487 nəfər yaralanmışdır ki, onlardan da 76 nəfəri yalnız uşaqlardır. Hadisə nəticəsində 1275 nəfər əsir götürülmüş, 150 nəfər isə itgin düşmüşdür. Təbii ki, bunlar statistik məlumatlar olsalar da, faciənin miqyasını göstərən rəqəmlərdir. Amma Xocalı faciəsinin dəhşətləri bu rəqəmlərlə ölçülmür. Belə ki, həmin dövrdə təkcə xarici mətbuatın verdiyi məlumatlar faciənin nə qədər dəhşətli olduğunu göstərir. Onlardan bir neçəsini xatırlatmaq yerinə düşər. Məsələn, Sandi Tayms qəzeti (London), 1 mart, 1992-ci il tarixində yazırdı: “ Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər”. Krua L”Evenenman jurnalı (Paris), 25 fevral, 1992-ci il: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyidlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə məlumat verirlər”. Tayms qəzeti (London), 4 mart, 1992-ci il : “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır”. İzvestiya (Moskva), 4 mart, 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür”. Faynenşi Tayms qəzeti (London), 9 mart, 1992-ci il: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar”. Bəli, budur Xocalı faciəsinin burada deyilən və deyilməyən dəhşətləri... Bu dəhşətləri yada salanda insan bir anlığa düşünür: ibtidai icma quruluşundan bu günə qədər min illərlə yol keçib gələn insanlıq doğrudanmı mənəvi baxımdan heç inkişaf etməyib? Yoxsa inkişaf etməyən yalnız elə bəzi məxluqlardır? O məxluqlar ki, sülh şəraitində, əmin-amanlıqda xoşbəxtcəsinə yaşamaq istəmir, nəinki qonşularının torpaqlarını, hətta bütün dünyanı da onlara versən gözləri doymur. Axı cəmi bir ovuc insansınız, yəni indi məskunlaşdığınız ərazilər həqiqitəndəmi sizə bəs eləmir? Bir qarış torpaqdan ötrü, əslində tarixin heç bir dönəmində sizin olmayan, lakin sizin olduğuna yalandan özünüzü inandırdığınız torpaqlardan ötrü, bu qədər qan tökməyə, faciələr törətməyə dəyərmi? Bu faciə sizin əsl xislətinizi bir daha açdı, sizin mahiyyətinizin nədən ibarət olduğunu bütün dünyaya bir dha nümayiş etdirdi. Bu mənada, bu gün sizin xalqınızın faşist xislətli nümayəndələrinə abidələr qoymağı heç də təsadüfi deyil. Xocalı faciəsini xatırlayanda, əslində heç vaxt yadımızdan çıxmayan və çıxmayacq faciəni yada salanda, bütün insanlıq sizə nifrət edir, sizi ikrahla xatırlayırlar. Doğrudanmı insanlıq inkişaf edib sizin simanızda müasir mənəvi inkişafa çatıbdır? Müşahidələr göstərir ki, yox, əsla elə deyildir. Doğrudur, dünyada hələ də şər qüvvələr qalıb bəzən şeytanın dəyirmanına su töksələr də, bütövlükdə dünya xeyirxah, sülhsevər, insanpərvər, humanist insanların çiyinlərində irəliləyir. Belə olmasa bəlkə də dünya dağılar, insanlıq məhv olardı. Bəzi şər qüvvələrə, özlərini millət, xalq, dövlət sayan məxluqlara gəldikdə isə onlar bəşəriyyətin yaxasında ancaq qara ləkələrdir.
Müasir dünya isə təkcə elə Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin simasında başqa bir istiqamət-insanlığa, bəşəriyyətə xeyirxah duyğular, yüksək mənəvi dəyərlər aşılamaq istiqaməti götürmüş, bu yolda olduqca uğurla addımlayır. Azərbaycanın “Vətəndə sülh, bölgədə sülh!” şuarı təkcə Azərbaycan xalqının deyil, bütün bölgənin və hətta belə demək mümkünsə, dünyanın əmin-amanlığına, inkişafına xidmət edir. Azərbaycan xalqı, Azərbaycan dövləti başda sevimli prezidentimiz, cənab İlham Əliyev olmaqla bütün dünyaya daima xalqımızın nə qədər sülhsevər, insanpərvər xalq olduğunu bir daha çatdırır. Bunun sübutu isə təkcə elə Azərbaycanın maddi və mənəvi dəyərlərini bütün dünya ilə ürəkaçıqlığı ilə bölüşməsində, Azərbaycan mədəniyyətinin, Azərbaycan incəsənətinin isə bu mənəvi dəyərlərin sırasında ən ön cərgələrdən birində durmasındadır. Biz inanırıq ki, bütün dünya təkcə elə Üzeyir bəyin, Qara Qarayevin, Fikrət Əmirovun və onlarla başqa görkəmli Azərbaycan dahilərinin əsərlərini dinləsə, bütün kin və küdurətdən, mənfi emosiyalardan azad olub, ancaq və ancaq xeyirxah duyğulara bürünərlər.
Bəli, bu gün Xocalı faciəsindən 30 il keçir. Təbii ki, bəşər inkişaf edib mənfi emosiyalardan təmizlənəcəkdir. Lakin, bizə elə gəlir ki, tarixin bir günü 26 fevral, 1992-ci il Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir.
Nərminə Quliyeva,
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının prorektoru, professor
Əməkdar müəllim