SOCAR-ın atmosferə qaz emissiyalarının azaldılması istiqamətində davamlı olaraq uğurlu layihələr həyata keçirməsi digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
“İki sahil” xəbər verir ki, Şirkətdən bildirilib ki, bu barədə Dünya Bankı öz tədqiqatlarını dərc etdirdiyi rəsmi internet portalında SOCAR-ın son dövrdə səmt qazının atılmasının azaldılması üzrə ciddi işlər gördüyünü qeyd edərək, bu istiqamətdə əldə etdiyi nailiyyətlərə görə dünyada ilk neft-qaz şirkəti ola biləcəyini göstərib.
Səmt qazının azaldılması istiqamətində görülən bir sıra işlər barədə Dünya Bankına məlumat verən SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti xanım Rəfiqə Hüseynzadə bildirib ki, “hazırda SOCAR davamlı olaraq atmosferə atılan qazların miqdarını azaltmaq üçün ən qabaqcıl ekoloji tədbirləri və həll yollarını tətbiq edir. SOCAR artıq səmt qazı emissiyalarını 2 faizə endirməyə nail olub və cari ildə bu rəqəmi sıfıra endirməyi hədəfləyib. Görülən işlərin nəticəsi olaraq SOCAR dünyada bu nailiyyətə çatan ilk neft-qaz şirkətlərindən biri olacaq. Artıq SOCAR “Xalis sıfır” (“Net Zero”) istiqamətində bir sıra ciddi addımlar atıb. Bu işlərin davamı olaraq, SOCAR gələcəkdə “yaşıl enerji”yə keçid və hidrogen enerjisindən istifadəyə üstünlük vermək istiqamətində addımlayır”.
https://www.worldbank.org/en/programs/gasflaringreduction/brief/aiming-to-slash-emissions-to-zero-by-2022
GGFR-in peyk əsasında apardığı hesablamalara görə, Azərbaycan qazın məşəldə yandırılmasını 2012-ci ildə 333 milyon kubmetrdən 2020-ci ildə 135 milyon kubmetrə qədər davamlı olaraq azaldıb. Bununla yanaşı, səmt qazından istifadənin səmərəliliyindən danışdıqda, məşəldə yandırma intensivliyi, habelə hasil edilən neftin hər barelinə düşən yandırma miqdarı da zaman keçdikcə azalıb. Bu irəliləyiş 2030-cu ilədək məşəldə yandırmanın sifra endirilməsi məqsədinə çatmaq üçün səmt qazına faydasız məhsul deyil, qorunmalı resurs olması, habelə onun atılmasına ekoloji problem kimi yanaşmasını əks etdirir.
Bundan başqa, SOCAR və BP arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq nəticəsində hər il təxminən 265 min ton CO2 emissiyası azaldılır.
SOCAR təbii qazdan Azərbaycanda enerjiyə çıxış imkanlarını genişləndirmək üçün istifadə edir. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının NAMA layihəsi çərçivəsində SOCAR 2018-ci ildə “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsində “Zağlı-Zeyvə” yatağını pilot sahə kimi müəyyənləşdirərək, burada səmt qazının toplanması üçün layihə həyata keçirib. Birbaşa atmosferə atılan emissiyaları azaltmaq üçün SOCAR öz infrastrukturuna sərmayə qoyaraq ərazidə üç qaztoplama məntəqəsində yeni kompressorlar, separatorlar, o cümlədən onlayn idarəetmə sistemi quraşdırıb ki, nəticədə ildə 6,8 milyon kubmetr səmt qazının tutulması, saxlanması və nəqli həyata keçirilir.
Dünya Bankının internet portalında dərc olunan məlumatlara istinadən deyə bilərik ki, SOCAR bundan sonra da Dünya Bankı və digər partnyorları ilə sıx əməkdaşlığı davam etdirərək qarşısına qoyduğu sıfır emissiya hədəflərinə nail olmaqdadır.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb