29 mart 2022 15:20
1156

Daha 730 əhali abonentinin qaz təchizatı yaxşılaşacaq

İmişli rayonunun 213 fərdi yaşayış evindən ibarət Kürdmahmudlu, həmçinin 403 fərdi yaşayış evi olan Xəlfəli kəndlərində "Azəriqaz" İB tərəfindən tikinti-quraşdırma işləri davam edir.

“İki sahil” xəbər verir ki,  qeyd edilən kəndlərin qazlaşdırılması məqsədilə "Azəriqaz" İB-nin daxili imkanları hesabına 91,6 min metr müxtəlif diametrli yeraltı daşıyıcı və yerüstü polad borularla paylayıcı qaz xətlərinin çəkilişi nəzərdə tutulur.

Bundan əlavə "Azəriqaz" İB tərəfindən regionlarda, o cümlədən Salyan Regional Qaz İstismarı İdarəsinin xidməti ərazisinə daxil olan rayonlarda yaşayış məntəqələrinin qazlaşdırılması işləri qrafikə uyğun olaraq həyata keçirilir.

Birliyin Təmir Tikinti İdarəsinin Salyan RQİİ Təmir-tikinti Sahəsi tərəfindən Şirvan şəhərinin İ.Qayıbov küçəsində istehlakçıların təbii qaz təchizatının daha da yaxşılaşdırılması, eləcə də təbii qazın təhlükəsiz çatdırılması məqsədilə uzun müddət torpaqla təmasda olan, istismar müddəti başa çatan müxtəlif diametrli aşağı təzyiqli dairəvi qaz kəmərinin diametri 89 mm, uzunluğu 765 metr olan yerüstü daşıyıcı qaz kəməri ilə əvəz olunması işləri davam edir. İşlər yekunlaşdıqdan sonra 730 əhali abonentinin qaz təchizatı yaxşılaşacaq.