SOCAR-da yüksək posta daha bir təyinat olub. Bununla bağlı SOCAR-ın 1-ci vitse prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf əmr imzlayıb. Belə ki, SOCAR-ın Baş ofisinin Neft və qaz əməliyyatlarına nəzarət Departamentinin rəisi Racu Vəliyev SOCAR-ın vitse-prezidentinin müavini təyin edilib.
“İki sahil” xəbər verir ki, Racu Vəliyev 1979-cu ildə anadan olub. 1996-cı ildə orta məktəbi fərqlənmə attestatı ilə bitərərək Azərbaycan Dövlət Neft Akademiyasına (indiki ADNSU) daxil olub. 2000-ci ildə akademiyanın bakalavr, 2002-ci ildə magistratura təhsil pilləsini fərqlənmə diplomu bitirib. 2010-cu ildə Quyuların qazılması texnolgiyası üzrə dissertasiya müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır, 25-dən çox elmi məqalənin müəllifidir, ölkəmizdə və xaricdə bir sıra beynəlxalq elmi konfranslarda müxtəlif tezislərlə çıxış etmişdir.
2001-2015-ci illər ərzində dövlət və özəl neft sektorunda –SOCAR-da, BP-də, Azeri Mİ Drilling Fluids ltd. Azərbaycan Amerika Birgə Müəssisəsində, Bahar Energi Əməliyyat Şirkətində müxtəlif vəzifələrdə, 2015-2018-ci illər ərzində Küveyt Neft Şirkəti (Küveyt Dövlətində), o cümlədən 2018-2022-ci illərdə SOCAR-ın “Azneft” İB-nin qazma departamentinin rəisi, 2019-cu ildən Kompleks Qazma İşləri Trestinin Baş mühəndisi, SOCAR Baş ofisinin qazma şöbəsinin rəisi və Neft və qaz əməliyyatlarına nəzarət Departamentinin rəisi kimi rəhbər vəzifələrdə çalışmışdır.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb