Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi (İB) dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.
"İki sahil"in SOCAR-ın “Azneft” İB-nə istinadən verdiyi məlumata görə, bununla bağlı təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.
Bildirilir ki, təhlükəsizlik tədbirləri çərçivəsində işçilərin təxliyəsi həyata keçirilib.
Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb