04 aprel 2022 17:46
1139

Gəncənin Məhsəti və Qəmərli qəsəbələrinə çəkilən yeni qaz kəməri tezliklə istifadəyə veriləcək VİDEO/FOTO

SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyi paytaxtla bərabər, regionlarda da qaz çəkilişlərini davam etdirir ki, bu da ölkə vətəndaşlarının sosial-firavanlığına xidmət edir.

Belə ki, Gəncə şəhərində istehlakçıların təbii qazdan fasiləsiz və daha rahat şəkildə istifadə etmələri üçün Birlik əməkdaşları tərəfindən qaz çəkilişləri  davam etdirilir. Şəhərin Məhsəti qəsəbəsində 4500 abonentin qaz təminatının yaxşılaşdırılması üçün tənzimləyici quraşdırılıb. Şəhərin Qəmərli qəsəbəsində isə əhalinin təbii qaz təminatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş diametri 225 mm olan politlen qaz xəttinin istismara verilməsinə hazırlıq və qaz xəttinin qoşulması işləri icra olunur.

Bundan əlavə Gəncə şəhərində Səbuhi Əliyev küçəsində «Təmiz Qaz» QSC tərəfindən aşkar olunan yeraltı qaz sızmalarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Elçin Zaman, «İki sahil»