06 aprel 2022 13:30
1513

“Azeri Light” yüngül neft sayılır? – SOCAR-dan maraqlı paylaşım/VİDEO

SOCAR “Facebook” səhifəsində neft haqqında maraqlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda qeyd olunur ki, neftin də yüngül və ağır növləri var. Bəs, nə üçün “Azeri Light” yüngül neft sayılır?

Qeyd edək ki, yüngül neft daha çox arzuolunan, qiyməti baha, email, distilləsi və nəqli asan başa gələn neft növüdür. Əgər neftin APİ qatılıq göstəricisi 31.1 °-dən böyükdürsə o yüngüldür və suyun səthinə çıxır. “Azeri Light” yüngül neftdir və bahadır, Onun xüsusi çəkisi 34-35 dərəcədir.