SOCAR tərəfindən 2022-ci ilin yanvar-fevral ayında ötən ilin eyni dövrü ilə müqayisədə 108 faiz artımla 129,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti, Şirkətin prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf sosial şəbəkə hesabında yazıb.
R. Nəcəf qeyd edib ki, ölkə üzrə qeyri-neft ixracının 28 faizi, qeyri-neft məhsullarının ixracı üzrə artımın 51,4 faizi SOCAR-ın payına düşüb.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb