Gözəl qalmaq hər bir qadının arzusudur. Daima baxımlı və gümrah qalmaq istəyirsinizsə onda mütləq yediyiniz qidalara fikir verin.
Kətan toxumu yağı
Əgər dəriniz qurudursa onda mütləq Omeqa-3 yağlarından istifadə etməlisiniz. Məsələn,omega yağları ilə zəngin olan kətan toxumu yağı dərinizi qidalandıracaq və nəmləndirəcək. Bu təsiri əldə etmək üçün hər gün 1 xörək qaşığı kətan toxumu yağını seçiminizə görə salat və yeməklərinizə əlavə etmək məsləhətdir.
Kivi
Siz də Daima gənc qalmağın sirrini tapan qadınlardan biri olmaq istəyirsinizsə C vitamini deposu olan kividən bolluca istifadə edin. Bu meyvənin sayəsində dərinizdəki kollagen istehsalı artacaq, uzun illər çox sağlam və bir o qədər də gənc görünən bir dəriyə sahib olacaqsınız. Məsələn, məhz Nebahat Çehrə, Sindi Krouford, Ketrin Zeta Cons, Helli Berri, Haydi Klum, Julia Roberts, Demi Mur, Kate Moss kimi məşhur qadınların yaşlarını müəyyən etməkdə çətinlik çəkməyimizin səbəbi möcüzəvi C Vitaminidir.
Balqabaq tumları
Sızanaqların ən böyük düşmənlərindən biri sink anbarı sayılan balqabaq tumlarıdır. Aparılan son araşdırmaya görə sızanaqlardan əziyyət çəkənlərin ən böyük problemi sink çatışmazlığıdır.
Vəzəri
Bir çox qadınların ən böyük problemi şişkinlikdir. Bu problemi yaşayırsınızsa çalışın çoxlu göyərti istehlak edin. Çox güclü bir antioksidan olan və bol miqdarda dəmir ehtiva edən vəzəri üzünüzdəki şişkinliyi aradan qaldıracaq, məsamələrinizin kiçilməsini təmin edəcək və siz daha parlaq bir dəriyə qovuşacaqsınız.
İspanaq
Parlaq və daha sağlam gözlərə sahib olmaq üçün lazımlı olan maddə luteindir. Bəs görəsən, bu möcüzəvi maddə hansı qidada mövcuddur? Luteinlə zəngin olan ispanaq gözlərinizi daha sağlam edir. Sağlamlığınıza əhəmiyyət verirsinizsə gündə ən az 2 stəkan ispanaq suyu istehlak etməyə çalışın.
Qoz
Təbiətin bir möcüzəsi sayılan qoz xüsusilə Omeqa-3 yağı ilə zəngindır. Ondan gündə ortalama 3-4 dənə yesəniz dəriniz elastik olacaq və qırışların meydana gəlməsi azalacaq. Qoz saç baxımı üçün də çox faydalıdır. Təzə qozun yaşıl qabıqlarından təxminən on ədədini götürüb, qaynar suda məcun halına gətirib saçlarınıza müalicə olaraq istifadə edə bilərsiniz. Bununla siz inanılmaz dərəcədə parlaq və gözəl saçlara sahib olacaqsınız.
Alma
Dişlərinizin daha bəyaz olmasını istəyirsinizsə bol- bol alma istehlak edin. Mütəxəssislər qeyd edirlər ki, alma xüsusilə dişdəki ləkələri aradan qaldırmağa kömək edir.
Nar
Nar xüsusilə polifenol antioksidan baxımından olduqca zəngin olan bir qidadır. Nar dəridəki qan dövranını nizamlayır və bununla qırışların meydana gəlməsininin qarşısını alar. Gündə bir stəkan nar suyu və ya bir ədəd nar istehlakı gözəlliyinizə gözəllik qatacaq.
Yumurta
Dırnaqlarınızın uzun və daha dayanıqlı olmasını istəyirsinizsə həftədə ən az 3-4 dəfə yumurta istehlak etməlisiniz. Yumurtada olan „biotin“ sayəsində daha sağlam dırnaqlara sahib olacaqsınız.
Təzə paxla
Təzə paxladan bol miqdarda istifadə etsəniz saçlarınız daha dolğun, sağlam olar.
Zeytun yağı
Zeytun yağı, hüceyrə yenilənməsini sürətləndirir. Güclü bir antioksidandır, Alzheimer xəstəliyinin inkişafının qarşısını alır, hamiləlik dövründə istifadəsi əhəmiyyətlidir . Yaşlanmanın qarşısını alan bu yağ dəriyə və saça inanılmaz gözəllik qatır eyni zamanda, quru dərini canlandıraraq qırışları azaldır.
Samirə Tağıyeva, “İki sahil”