Pandemiya zamanı bir çox insan onlayn oyunlara üz tutdu. Bir çoxları onlayn qumara üstünlük verdi və bunu əylənmək üçün oynadığını düşündü. Amma müşahidələr göstərir ki, pandemiya qumar asılılığının artmasına səbəb olub. Bu asılılıq psixi sağlamlıq, qavrayış problemlərinə, həmçinin iflas və cinayətlərin artmasına səbəb olur.
Alkoqol və narkotik asılılığından fərqli olaraq, qumar asılılığının daha az aşkar olunan əlamətləri var.
Ümumdünya Səhiyyə Təşkilatının son hesablamalarına görə, 2016-cı ildən bəri oyunçuların qumar oyunlarından illik qlobal itkiləri 400 milyard ABŞ dolları həcmində qiymətləndirilir. 2021-ci ildə Böyük Britaniyanın Qumar Komissiyası, "qumar pozğunluğunun" yayılmasının əhalinin 0,4%-ni təşkil etdiyini təxmin etmişdi. 2017-ci ildə ÜST-ün başqa bir araşdırması göstərdi ki, qumar problemlərinin ən yüksək nisbətləri Asiya, Avstraliya və Şimali Amerikada, ən aşağı nisbət isə Avropadadır.
Araşdırmalar göstərir ki, ilk olaraq oyunçular riskli qərarları və mərcləri qiymətləndirirlər. İştirakçılardan mavi və ya qırmızı qutuda sarı çipin gizləndiyini təxmin etmələri xahiş olunur, bu zamanda mavi və qırmızı qutuların nisbəti tez-tez dəyişir. İştirakçılar daha sonra həllə neçə xal qoyacaqlarına qərar verirlər.
Qalib gəlsələr, xallarını toplamına əlavə edirlər, amma uduzsalar, həmin xallar itirilir. Tədqiqat iştirakçılardan "iflas olmamaq" üçün diqqətli olmaları- bütün xallarını itirməmələri xahiş olunur. Bu tapşırıq qumar asılılığını inkişaf etdirmək oyunçuları aşkar etməyə kömək edir.
Araşdırmaçılar bu tapşırıqlardan istifadə edərək, müəyyən ediblər ki, qumar oyunlarına maraq ən çox 17-27 yaş arasında olur və yaşlandıqca maraq azalır. Başqa bir araşdırma, asılılıq problemi olan qumarbazların vaxt keçdikcə mərclərini artırmağa və müflis olmağa meylli olduqlarını göstərib.
Oyunçu beyni
Neyroimaging tədqiqatlarından aydın olur ki, beynin qumarla əlaqəli bir neçə sahəsi var. Riskli qərarlar qəbul etmək üçün məsul olan vacib sahələrə ventromedial prefrontal korteks (qərar qəbul etmə, yaddaş və emosiyaların tənzimlənməsində iştirak edir), orbital frontal korteks (bədənin duyğulara cavab verməyə kömək edir) və insula (avtonom sinir sistemini tənzimləyir) daxildir. Beləliklə, problemli qumarbazların beyinləri bu sahələrdə artan aktivlik göstərə bilər.
Sinir hüceyrələrinin əlaqə saxlamasına kömək edən bir nörotransmitter olan dopaminin beynin mükafat sistemində mühüm kimyəvi maddə olduğu bilinir. Danimarka alimləri tərəfindən 2010-cu ildə aparılan bir araşdırma müəyyən etdi ki, problemli qumarbazlar beyinlərində dopaminin ifrazı sağlam insanlarla müqayisədə daha çoxdur. Dopaminin sərbəst buraxılması oyanma səviyyələrini artırır, risk alma inhibesini isə azaldaraq qumar problemlərini daha da gücləndirir.
Qumar asılılığı ilə mübarizə
Qumar asılılığından xilas olmaq üçün müəyyən addımlar ata bilərsiniz. Məsələn, NHS Live Well veb saytı oyundan əvvəl hesabı ödəməyi, dostları və ailə ilə vaxt keçirməyi və borcları sıralamağı təklif edir. Oyunçular, həmçinin qumar oyununu pul qazanmaq yolu hesab etməməlidir. Qumar vərdişləri ilə bağlı narahatlıqlarını gizlətməyi dayandırmaq və oyunlar üçün ödəniş etmək üçün kredit kartları götürməmək müdrik addım olardı.
Psixi sağlamlıq problemlərində olduğu kimi, erkən dəstək və müalicə almaq vacibdir. Bu, adi mükafatların (ailə vaxtı, gəzinti və məşq) hələ də zövqlü olmasını və mükafat sisteminin qumarla bağlı olmadığını təmin etmək üçün xüsusilə vacibdir.
Aysel Bayramova
(Mənbə: https://stakanchik.media/article/azartnye-igry-chto-proisxodit-v-mozge-i-kak-vosstanovit-kontrol)