07 aprel 2022 16:30
1442

İmsakda limonlu su içsəniz...

Güclü C vitamini qaynağı olan limonu imsakda su ilə içməyin inanılmaz faydaları var. İmsakda limonlu su içməyin möcüzəvi təsirlərini sizə təqdim edirik.

Müxtəlif istifadə üsulları ilə sağlamlığa faydalı limondan Ramazan ayında da istifadə etmək məsləhətdir. Limon bədəndə şişkinliyi aradan qaldırdığı və toksinləri çıxardığı üçün imsak süfrələrinin əvəzolunmaz nemətlərindəndir. Tərkibində kalium, fol turşusu, mis, maqnezium və lif olan limonlu ilıq su içmək C vitamini ilə orqanizmə fayda verməklə yanaşı, su ehtiyacını da qarşılamağa kömək edir.

Ramazan ayında maye itkisi səbəbindən müxtəlif narahatlıqların yaşanmaması üçün keyfiyyətli su içmək vacibdir.

Bəs, limon suyunun faydaları nələrdir? İmsakda limonlu su içmək olar?

Limon tərkibindəki yüksək C vitamini, antioksidan maddələr və minerallar sayəsində ən faydalı və müalicəvi meyvələrdən biridir. Bununla belə, yüksək turşuluq dərəcəsi olan limondan tək istifadə etmək bəzi insanlara narahatlıq verə bilər. Bu halda suya limon sıxıb içməklə faydalarından yararlanmaq mümkündür.

İmsakda limonlu sudan istifadə etməklə qəbzliyi aradan qaldıra bilərsiniz. Limon C vitamini ilə zəngin bir qida olduğundan su ilə içildikdə immunitetinizi gücləndirəcək. Limonlu su içməklə suyun bədəndə qalmasına və böyrək daşlarının ağrısız şəkildə bədəndən çıxarılmasına kömək edə bilərsiniz. Bundan başqa, depressiya və stress kimi vəziyyətlərlə effektiv mübarizə apara bilərsiniz.

Digər tərəfdən limonlu sudan istifadə imsakdan iftara qədər bədəninizi təravətli saxlamağa kömək edəcək.

Vüsal Cahanov, “İki sahil”