Pis yaddaşdan əziyyət çəkirsinizsə onda mütləq aşağıda göstərilən faktlara diqqət yetirin.
Fiziki hərəkət beyinin inkişafına müsbət təsir edir
Hərəkətdə olmaq beyində daha çox əlaqənin yaranmasına səbəb olur və əlavə hüceyrələr əmələ gəlməsinə yardımçı olur.
Sağlam ürək-damar sisteminə sahib olmaq həm də beyini daha çox oksigen və qlükoza ilə təmin etmək, zərərli toksinlərdən azad olmaq deməkdir.
Açıq havada idman etmək isə daha da faydalıdır. Bu zaman daha çox vitamin D qəbul etmiş olursunuz. Həmçinin hansısa məlumatı yadda saxlamağa çalışarkən hərəkət etsəniz, istəyiniz uğurlu alınacaq.
Düzgün qidalar qəbul edin
Qəbul etdiyimiz şəkər və enerjinin təxminən 20 faizi beynimizə gedərək, beyin fəaliyyətini qlükoza səviyyəsindən asılı edir.
Əgər şəkər səviyyəsinə nəzarət olunmazsa, yaddaşınızda zəifləmiş olar. Sevdiyiniz qidaları yeyən zaman beyinin bir hissəsində dopamin adlı kimyəvi maddə ifraz olunur. Məhz bu maddənin ifrazı yedikcə sizə həzz hissi bəxş edir.
Lakin beyin ilə yanaşı, bağırsağınızı da düzgün qidalarla təmin etməlisiniz.
İnsanın həzm sistemində yüz trilyondan çox mikrob yaşayır. Onlar bağırsaq vasitəsilə beyinlə birbaşa əlaqədə olurlar və buna görə də beyinin sağlamlığı üçün həmin mikrobların böyük əhəmiyyəti var.
Hər şeydən uzaqlaşın
Uzunmüddətli narahatlıq və stress beyin üçün zəhərlidir.
Bu səbəbdən də aradabir hər şeydən uzaqlaşıb, beynin istirahətlə təmin etmək son dərəcə vacibdir.
Beynimizdə ilkin vəziyyət şəbəkəsi adlı xüsusi şəbəkə var ki, bizi xəyala dalma ilə təmin edir və yaddaşı möhkəmləndirmək üçün çox vacib əhəmiyyət daşıyır.
Özünüzü sınamaq üçün yeni yollar axtarın
Beyninizi gücləndirməyin yolu onu yeni nə isə etməyə və ya öyrənməyə məcbur etməkdir. Rəsm məşğələsi, yaxud yeni dil öyrənmək kimi fəaliyyətlər beyninizin fəalliyətini daha da artıracaq.
Musiqi dinləyin
Araşdırmalar göstərir ki, musiqi beyinə unikal bir formada təkan verir.
Musiqi dinləyən və ya ifa edən birinin beyninə baxsanız, beyinin son dərəcədə aktiv olduğunu görərsiniz.
Musiqi ümumi zəkanı artıra bilər. Çox maraqlıdır ki, demensiya kimi xəstəliklər zamanı ən son itən adətən musiqi yaddaşı olur.
Yuxu rejiminizə diqqət yetirin
Gün ərzində yeni bir şey öyrəndiyiniz zaman beyninizdə bir sinir hüceyrəsi ilə digəri arasında əlaqə yaranır.
Yatarkən həmin əlaqə daha da güclənir və öyrəndiyiniz şey yaddaşa çevrilir. Buna görə də yuxu yaddaşın yaranması üçün mühüm vasitədir.
Əgər kiməsə yatmamışdan qabaq yadda saxlaması üçün bir siyahı versəniz, həmin şəxs növbəti səhər siyahını daha yaxşı yadda saxlamış olacaq. Əksinə, səhər siyahı verib, axşam sual etsəniz isə vəziyyət fərqli olacaq.
Hamımız yuxunun əhəmiyyətini bilirik: beş saatdan az yuxu insanı keyləşdirdiyi kimi, 10 saatdan artıq yuxu da əks təsir yaradır.
Samirə Tağıyeva, “İki sahil”