Bu ilin yanvar-mart ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi satdığı təbii qazın pulunun yığım səviyyəsi 95,4 % təşkil edib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, ilin ilk üç ayında yığımlar əhali sektoru üzrə 91,9 %, qeyri-əhali sektoru üzrə 97,9 % təşkil edib.
Ötən ilin yanvar-mart ayları ilə müqayisədə qaz pulunun yığımı 18,8 % artıb. İllik müqayisədə əhali sektoru üzrə artım 2,8 %, qeyri-əhali sektoru üzrə isə illik artım 35,5 % təşkil edib.
Bu ilin mart ayında təbii qazın ödənişlərinin yığımı 92 % təşkil edib ki, bu da 2021-ci ilin mart ayı ilə müqayisədə 9 % çoxdur.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb