11 ayın sultanı Ramazanda yorğunluğa yaxşı təsir edəcək qidalardan istifadə etmək önəmlidir.
Kivi

C vitamini ilə zəngin olan kivini imsakda yemək faydalıdır. Kivi maddələr mübadiləsini gücləndirir, sizi gün boyunca gümrah saxlayır. Beləliklə, oruc tutduğunuzda yorğunluğu, aclığı hiss etmirsiniz.
Süzmə qatıq

Süzmə qatıq doyumluluqdan başqa qanda şəkəri də tənzimləyir. Beləliklə, özünüzü günboyu enerjili hiss edirsiniz. İmsakda süzmə qatıq yemək dərinizin parlamasına da kömək edəcək.
İspanaq

Həm maqnezium, həm də dəmir baxımından zəngin qida olan ispanaq iftar zamanı orqanizm üçün çox faydalıdır. İspanaq gün ərzində itirdiyimiz enerjini geri qaytara bilir.
Qoz

Saysız-hesabsız faydaları olan qozu imsakda və ya iftarda yemək məsləhətdir. Xüsusilə imsakda yesəniz, bu qida sizi gümrah saxlayacaq. Qoz itirilmiş enerjini bərpa edir.
Cəfəri

Hər evdə və mətbəxdə olan cəfəri kivi kimi yorğunluğa yaxşı təsir edir. Vitaminlərlə zəngin olan cəfəri immunitet sistemini gücləndirir. Şişkinlik üçün də ideal olan cəfəri oruc tutarkən bədəninizi rahatlada bilər.
Vüsal Cahanov, “İki sahil”