Müğənni Cennifer Lopezlə sevgilisi Ben Afflekin nişanlandığı iddia olunur.
"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, son olaraq qızı Emma ilə gəzintiyə çıxan Cey Lonun barmağındakı brilyant üzük şayiələri daha da gücləndirib. Bundan başqa, ifaçı Benlə bu yaxınlarda 50 milyon dollara aldıqları ev üçün mebel seçərkən mağazada görüntülənib.
Lakin tərəflər mövzu ilə bağlı hər hansı açıqlama verməyib.
Qeyd edək ki, Cenniferlə Ben 2002-ci ildə görüşməyə başlamış və 2 illik münasibətdən sonra ayrılmışdılar. Onlar 17 illik ayrılıqdan sonra ötən il yenidən bir araya gəliblər.