08 aprel 2022 22:32
1379

Cennifer Lopez nişanlanıb?

Dünyaca məşhur müğənni Cennifer Lopezin sevgilisi Ben Afflek ilə nişanlandığı iddia olunur.

“İki sahil” xəbər verir ki, iddiaların yayılmasına Cey Lonun barmağındakı brilyant üzük səbəb olub. Tərəflər mövzu ilə bağlı hələ ki bir açıqlama verməyib.

Qeyd edək ki, cütlük 17 illik fasilədən sonra ötən il yenidən bir araya gəliblər.