10 aprel 2022 14:16
1636

Sevgi dili

Çiçək  ətri, gül qoxusu ağır anlarda belə insanda könül xoşluğu, qəlb rahatlığı  yaratmağa qadirdir. Təbiətin bu zərif, incə gözəlləri  həm də  sevənlərin arasında ən yaxşı ünsiyyət vasitəsidir. Yəni güllərin “dili” ilə  heç bir problem yaratmadan öz sevgisini ikinci tərəfə  bildirmək olur.

 Sevib sevilmək üçün  güllərin dillindən ilk dədə şərqdə danışılıb. Daha dəqiq desək, keçmişdə məktəb təhsili  olmadığı  üçün  insanlar yazıb və oxumağı bacarmırdı.  Odur ki, könül verdiyinə   ürək sözlərini müxtəlif gül və çiçək  hədiyyə etməklə   bildirirdilər.

 Çox maraqlıdır. Elə bu marağı nəzərə alıb bir neçə   gülün və  çiçəyin verdiyi mənası ilə tanış olmağa dəyər. Gülün özündən başlayaq. Sevgilisinə gül verən bununla demək istəyir ki, sənin üçün yanıb külə dönürəm. Ötən günləri xatırlamaqdan ötrü sevənlər  bir-birinə tam açılmış  çiçək dəstəsi verirlər. Yarı açılmış  çiçəyin mənası isə  bu günü bildirir. Ətirşah “mənim səninlə söhbət etməyim vacibdir” deməkdir.  Çoxdankı  gizli sevgini  bildirmək istəyirlər bir-birinə  incəçiçəyi  göndərirlər.  Ağ zənciçiçəyi   sevgililər arasında görüş vaxtı təyin etmək mənasını daşıyır.

 Müxtəlif səbəblərə görə oğlanla qız    küsülü qalır.  Barışmaq məqamı gələndə onların köməyinə boz şəbbə gülü çatır. Tarla qərənfili vermək  sevdiyin  adamın gözəl olmasını  bildirməkdir. “Mənim  qəlbim  səni hər yerdə axtarır” deməkdən ötrü günçiçəyindən  istifadə olunur. Sevgilinə ona həmişə  xoşbəxt olmaq arzulamaq  məqsədilə  qız çiçəyi bağışlanılır.

 Daha 10 gülün və çiçəyin  mənası belədir.

1. Astara- Sənin ömür boyu məni sevməyə gücün çatarmı.

2. Qanqal- Saf sevgi  qorxusuzdur.

3. Qoyunqıran-Sevgimə ürəkdən inan.

4. Yemişan-  Sənin oxuduğun mahnıları  sevirəm.

5. Məhəbbət çiçəyi- İnsanlığın gözəlliyindən  daha çox ürəyimi açır.

6. Mayaotu- Səninlə tezliklə qovuşmaq istəyirəm.

7. Üzüm yarpağı- Sevgidən zövq al.

8. Çöl nərgizi- Qarşımda aciz olma.

9. Şabalıd – Etdiyim səhvlərə görə üzr  istəyirəm.

10. Şüyüd-  Sən də xoş arzularıma  şərik çıx...

 Sirli dünyamızda nə yaxşı  varsa, Ulu Tanrı onu öz bəndələri üçün yaratmışdır. Həqiqətən həyatı  başa düşüb sevilə-sevilə yaşamaq, saf bir eşqin nuru ilə ucala-ucala qocalmaq hər şeyə  dəyər. Həyat gözəldir, bir  şərtlə gözəlliklərini duya  biləsən.

 Zəfər Orucoğlu,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü