"Modernizasiya və Yenidənqurma" Layihəsi çərçivəsində SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ), “AVRO-5” standartlarına uyğun dizel və benzin istehsal edəcək qurğuların inşası uğurla davam etdirilir.
“İki sahil” xəbər verir ki, bunu “SOCAR Downstream” şirkətinin baş direktorunun müavini, layihənin direktor müavini Emil Alxaslı bildirib.
Onun sözlərinə görə, NEZ-də bu ilin ortalarında “AVRO-5” standartına uyğun olan dizel yanacağının, gələn ilin ortalarında isə həmin standartlara uyğun olan benzinin istehsalı planlaşdırılır. Zavodda modernizasiya və yenidənqurma işləri davam etdirilir və bu işlərin tam bitməsi 2026-2027-ci illərə nəzərdə tutulub.
Qeyd edək ki, hazırda NEZ-in “Modernizasiya və Yenidənqurması” layihəsi çərçivəsində 2022-ci il aprelin 15-də görülən işlər haqqında ictimaiyyəti məlumatlandırmaq, inşa ediləcək Çirkab Suların Təmizlənməsi Qurğusunun (ÇSTQ) və təmizlənmiş çirkab suların Xəzər dənizinə axıdılması üçün çəkiləcək boru xəttinin tikintisi, həmçinin istismarı üzrə hazırlanmış Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin müzakirəsi məqsədilə ictimai dinləmə keçirilir.
Emil Alxaslı çıxışında bildirib ki, layihənin hazırkı mərhələsinin sonunda NEZ-də 22 əsas texnoloji qurğunun fəaliyyəti təmin olunacaq. Bir sıra yeni və müasir
tələblərə cavab verən əsas texnoloji və ümumzavod təsərrüfatı qurğuları inşa edilərək istismara veriləcək, 5 əsas qurğuda isə müəyyən bərpa işləri həyata keçiriləcək. NEZ-in ümumzavod təsərrüfatı və mövcud infrastrukturunun böyük bir hissəsi tamamilə yenilənəcək.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb