15 aprel 2022 14:31
1504

Bakı NEZ-də çirkab suların təmizlənməsi qurğusu işə salınacaq

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) çirkab suların təmizlənməsi qurğusunun 2022-ci ilin ikinci yarısında istismara verilməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın "Downstream Management" şirkətinin Baş direktorunun müavini, layihənin direktoru Emil Alxaslı deyib.

O bildirib ki, artıq Xəzərin Bakı akvatoriyasına müvafiq boru xətləri çəkilib.

"Bu xətlərin ümumi uzunluğu 10 kilometr təşkil edir", - E.Alxaslı deyib.

O, həmçinin bildirib ki, qurğu suyu 80-100 faiz təmizləmək gücündədir.

"Qurğunun işə salınması üçün sınaq və hazırlıq işləri görülür. Avadanlığın gücü 750 kubmetr/saata bərabərdir", - deyə o bildirib.

Ceyhun Piriyev, "İki sahil"