İstismar tarixindən bu il aprelin 1-dək “Şahdəniz” qaz və kondensat yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf feysbukda yazıb.
O bildirib ki, bu dövvrdə “Şahdəniz” yatağından 163,97 mlrd. kubmetr qaz, 36,94 mln. ton kondensat hasil edilib.
Bu ilin birinci rübündə isə yataqdan qaz hasilatı 6,44 mlrd. kubmetr, kondensat hasilatı isə 1,15 mln. ton olub.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb