19 aprel 2022 16:00
867

SOCAR 2022-ci ilin birinci rübünü yüksək göstəricilərlə başa vurub

2022-ci ilin birinci rübünü SOCAR yüksək göstəricilərlə başa vurub.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR sosial şəbəkədə paylaşımında qeyd edib.

Paylaşımda bildirilir ki, cari ilin ilk 3 ayında SOCAR tərəfindən 18 min metrdən artıq qazma işləri həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.