20 aprel 2022 15:30
1696

“SOCAR Polymer” 2022-ci ilin yay təcrübə proqramını elan edir - FOTO

“SOCAR Polymer” şirkəti 2022-ci ilin yay təcrübə proqramını elan edir. Təcrübəçilər 8 həftə ərzində müasir standartlara cavab verən neft-kimya müəssisəsində işləyərək təcrübəli və peşəkar mütəxəssislərdən müasir bilik və bacarıqlar əldə etmək imkanı qazanacaqlar.”

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın sosial şəbəkələrdə paylaşımında qeyd olunur.

Paylaşımda bildirilir ki, rəcrübəyə bakalavr pilləsinin son kursunda və magistraturada təhsil alan tələbələr müraciət edə bilərlər. Müraciət üçün son tarix 30 apreldir. Daha ətraflı məlumat üçün: https://bit.ly/3vwRayp linkinə keçid etməklə əldə etmək mümkündür.