SOCAR-ın « Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bir qrup gələcək mühəndis heyəti ilə onlayn formatda görüş keçirib.
“İki sahil” xəbər verir ki, görüşdə məqsəd fəhlə kateqoriyasında çalışan ali təhsilli gənclərin #qulluqçu kateqoriyasına keçirilmələrinə şərait yaratmaqdır. Belə ki, bir il əvvəl gənclərin müraciətlərinə adekvat olaraq, onlar Mühəndis İnkişaf Proqramına cəlb ediliblər.
Proqram çərçivəsində 450 nəfərdən artıq işçinin uyğunluğuna baxılıb və onlar arasından 151 nəfər proqrama cəlb olunub. 151 nəfər iştirakçının 84-ü isə Vətən müharibəsi iştirakçısıdır.
Bu, bir daha göstərir ki, «Azəriqaz» rəhbərliyinin gənc kadrlara, xüsusilə müharibə iştiraçılarına diqqət və qayğısı davamlıdır.
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir
SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkə layihəsi üçün ilkin mühəndis layihələndirmə işlərini başa çatdırıb